MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb
top of page

MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb


Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançısı “Naiza Fighting Championship” turnirində fərqlənib.

O, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb.

Döyüşçü Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançının peşəkar karyerasında 29-cu qələbədir. O buna 33 döyüşdə nail olub.

bottom of page