MİKTA-nın xarici işlər nazirləri Ukraynanı müzakirə edib
top of page

MİKTA-nın xarici işlər nazirləri Ukraynanı müzakirə edib



MİKTA-nın xarici işlər nazirlərinin iclası keçirilib.


Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.


“Sədrlik etdiyimiz MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirlərinin toplantısında Ukraynadakı son vəziyyət, qida təhlükəsizliyi, ümumi gündəliyimizdəki məsələləri, o cümlədən miqrasiyanı müzakirə etdik”, - Çavuşoğlu qeyd edib.


Xatırladaq ki, toplantı İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.




bottom of page