top of page

Mingəçevirdə yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb


Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.


Muğan TV Report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.


Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.


Röya Ağayeva

Comentarios


bottom of page