Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək


Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.


Bununla bağlı AFFA məlumat yayıb.

Bildirilib ki, millimiz iyunun 2-də Minskdə Milli Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq.


Oyunun saatı ilə bağlı məlumat veriləcək.