Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib


Martın 31-də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib.


Muğan TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbər görə, anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərasimdə Murad Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.