“Dünyada su ehtiyatları tükənməkdədir. Azərbaycanda da su qıtlığı yaranıb. Xüsusilə də əkin suyuna olan tələbat artır”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün sudan istifadəyə münasibət ümumxalq münasibətinə çevrilməlidir.
Comments