Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların Ağdam rayonuna səfəri başlayıb-FOTO


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.