MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb


Moskva şəhərində MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.

Muğan TV Report- a istinadən xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.


Dar formatda başlayan görüş daha sonra geniş formatda, MDB icraçı katibi Sergey Lebedev, Rusiya və Belarus nümayəndələri Sergey Lavrov və Vladimir Makeyin iştirakı ilə davam edəcək.


Görüş zamanı beynəlxalq siyasətin mühüm məsələləri və MDB çərçivəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq, o cümlədən MDB üzv ölkələri XİN-ləri arasında tərəfdaşlığın artırılması proqramının, habelə XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələr planının 2020-ci ildə icrasına dair fikir mübadiləsi aparılacaq.