top of page

"Mastercard": "Azərbaycan smartfon penetrasiyası ilə bir çox Avropa ölkələrini geridə qoyub"


Azərbaycan 70%-dən çox smartfon penetrasiyası ilə bir çox Avropa ölkələrini geridə qoyub.

Bu barədə “Mastercard” beynəlxalq ödəniş sistemi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan ödənişlərdə smartfonlardan istifadə nisbətinə görə seçilən ölkədir.

“Bunun təsiri yeni ödəniş üsullarının sürətlə tətbiq edilməsində də özünü biruzə verir. Ölkədə ümumi kart əməliyyatlarının yarıdan çoxunu elektron ticarət təşkil edir və bu nisbət getdikcə artmaqdadır.

Bundan başqa, 2021-ci ildə "Apple Pay”, 2022-ci ildə “Google Pay” istifadəyə verildikdən sonra fiziki alış-veriş üçün smartfonlardan istifadə də sürətlə mənimsənilib. Mövcud statistikaya görə, hər 7 fiziki ödəniş əməliyyatından 1-i smartfon üzərindən həyata keçirilir. İctimai nəqliyyat kimi yeni istifadə sahələrinin meydana çıxması ilə yaxın gələcəkdə smartfonlardan plastik kartlara nisbətən intensiv şəkildə istifadə ediləcəyini proqnozlaşdırmaq çətin deyil” - deyə məlumatda qeyd edilib.

Comments


bottom of page