top of page

Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var


Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var.

Muğan tv xəbər verir ki, yanğın hadisəsi Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb.

Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü Müşfiq Səfərov yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page