top of page

Marketlərdə bu məhsullar bahalaşdı - Video


İki həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.


Muğan TV Xəzər TV-yə istinadən xəbər verir ki, alıcılar son 1 il ərzində bu vasitələrin qiymətinin artan templə getdiyini bildirib.


15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik - 1 manat civarında bahalaşıb:

“Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir”.

Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.


İqtisadçı ekspert Eyyub Kərimli gigiyenik məhsulların qiymət artımı 2 səbəblə əlaqələndirib.


Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir.


Röya Ağayeva

Comentarios


bottom of page