top of page

Makronun reytinqi 28 %-ə düşüb


BVA təşkilatının RTL radiostansiyası üçün keçirdiyi sorğunun nəticələrinə əsasən Fransa prezidenti Emmanuel Makronun fəaliyyəti respondentlərin 28 %-i tərəfindən bəyənilib.

Məlumata görə, sorğu martın 24-25-də 1 000 nəfər arasında keçirilib. Prezidentin reytinqi bir ayda 6 faiz aşağı düşüb. Respondentlərin 72%-i prezidentin işini mənfi qiymətləndirdiklərini bildiriblər. Bu, “sarı jiletlilər” böhranının başladığı 2018-ci ilin noyabrından indiyədək sorğularda Makron üçün ən aşağı səviyyədir. Respondentlərin 70%-i pensiya islahatlarının aparılmasının əleyhinə çıxıblar, 64%-i isə etirazçıları dəstəkləyib. Fransa hökuməti martın əvvəlində etirazlara və tətillərə baxmayaraq, pensiya yaşının 62-dən 64-ə qaldırılması üçün islahatları təsdiqləyib.

bottom of page