Müdafiə Nazirliyi Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər paylaşıb - VİDEO


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad edilmiş Şeylanlı kəndindən videogörüntülər paylaşıb.

Muğan TV Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Şeylanlı kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.