top of page

"Lotu Quli"nin qətlində təqsirləndirilən şəxslərə hökm oxunub


Azərbaycanlı qanuni oğru, "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Muğan tv xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunub ki, məhkəmədə təqsirləndirilən şəxslər - Xaqan Zeynalov və Əmir Həmidli ömürlük azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmənin qərarı ilə daha 2 şəxsi - Əli Mövlamlı və Rəsul Həsənov 12 il 6 ay müddətinə azadlıqdan məhrum oluinublar.

Xatırladaq ki, N. Səlifov 2020-ci il avqustun 19-da Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Comments


bottom of page