Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb
top of page

Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb


2022-ci ildə Litvada Azərbaycanəsilli 679 Litva vətəndaşı yaşayıb.

Bunu Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər.

Qeyd olunub ki, ötən il Baltik ölkəsində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 213 nəfər təşkil edib.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, həmçinin 300 nəfərə yaxın həmvətənimiz Litvada əmək fəaliyyəti ilə məşğul olub.

Bir nəfər isə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

bottom of page