top of page

Litva Ukraynanın Aİ və NATO-ya üzvlüyünü ilin sonunadək dəstəkləyəcəyini açıqlayıb


Litva Ukraynanın Aİ və NATO kimi transatlantik strukturlara qoşulmasının vacibliyini vurğulamaqda davam edəcək.

Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis müsahibəsində deyib.

Litva Seyminin Ukraynanın NATO-ya qoşulmaq üçün rəsmi dəvət də daxil olmaqla qətnamənin qəbulu barədə qərarını şərh edən nazir qeyd edib ki, Ukrayna ilə onun bu strukturlara qoşulmasının konkret yolu barədə danışmaq lazımdır.

“Ukraynanın yeri transatlantik strukturlarda, yəni NATO və Aİ-dədir. Belə bir vaxt gələnə qədər və ya biz konsensus tapana qədər Litva Ukraynanın bu baxımdan həm Aİ, həm də NATO-ya üzvlüyünü dəstəkləyəcək”, - XİN başçısı vurğulayıb.

Comments


bottom of page