![](https://static.wixstatic.com/media/4c77fe_46681307db9a45f2904306e36f5b46db~mv2.png/v1/fill/w_85,h_53,al_c,q_85,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/4c77fe_46681307db9a45f2904306e36f5b46db~mv2.png)
Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.
36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.
Təcrübəli forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. 78-ci dəqiqədə Tyaqo Almada hesabı açıb.
Hazırda Fransa PSJ-sində çıxış edən hücumçu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. Komandanın bombardiri 2022-ci ildə Qətərdəki dünya çempionatında qızıl medal qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.