top of page

Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var


Lerik rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik yolunun 39-cu kilometrində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər yerindəcə ölüb, azı iki nəfər yaralanıb.

Yaralılar və ölən şəxs deformasiyaya uğrayan avtomobildən çıxarılıblar.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Kommentare


bottom of page