Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib
top of page

Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib


Laçın Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və sükan yolunun, perronun, terminal və köməkçi binalarının tikintisi üçün layihəyə uyğun torpaq qazma işləri aparılır və bu işlərin 37 %-i icra edilib.


Bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.


Bundan başqa, onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryol xəttinin də bir hissəsi hazırdır: "Ümumi uzunluğu 47 km olan yolda işlərin 66 %-i icra edilib".


"İşğaldan azad edilmiş ərazilərdə 18 avtomobil yolu da çəkilir. Onların ümumi uzunluğu 2 200 km-dir. Həmin yolların bir qisminin bu il istismara verilməsi nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib.

bottom of page