top of page

Lavrov: "Rusiya və ABŞ arasında görüşlər şou xətrinə keçirilməməlidir”


“Rusiya ilə ABŞ arasında normal münasibətlər hamının xeyrinədir”.

Mugantv xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

O bildirib ki, hər iki dövlət fövqəlgüc kimi bəşəriyyətin taleyi üçün xüsusi məsuliyyət daşıyır: “Lakin Vaşinqton həmişəki kimi düşmən hərəkətlərini davam etdirir. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə dəfələrlə vurğulamışıq ki, biz konstruktiv dialoqdan çəkinmirik, lakin onun qurulması üçün şərait yaratmaq lazımdır. Bu görüşlər şou xətrinə keçirilməməlidir”.

S.Lavrov söyləyib ki, Moskva Vaşinqtonla həm Ukrayna kontekstində, həm də daha geniş, strateji səviyyədə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

Kommentare


bottom of page