top of page

Laurentsiu Regekampf: “Qarabağ”ın mərhələ adlamasını istəyirdim”


“Qarabağ”ın dünən qələbə qazanaraq mərhələ adlamasını istəyirdim. Bizimlə oyunöncəsi daha rahat olmaları üçün”.

Bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərə açıqlamasında Premyer Liqanın XXIV turunda “Qarabağ”la keçiriləcək səfər oyunu barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssisin fikrincə, Ağdam təmsilçisi UEFA Konfrans Liqasında mübarizəni dayandırdığı üçün qarşıdakı görüşə daha motivasiyalı çıxacaq: “Bizim üçün çətin oyun olacaq. “Qarabağ” Konfrans Liqası matçından sonra qayıdıb. Çox motivasiyalı olacaqlar. Üstəlik, “Gent”ə məğlub olduqlarından, oyun bizim üçün daha çətin olacaq. Hər iki komanda qələbə qazanmaq istəyəcək. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Comments


bottom of page