top of page

Laçında özünüməşğulluq proqramının icrasına başlanıb


Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna dəstək işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir. Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.


Bu barədə Muğa TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.


Röya Ağayeva

Comments


bottom of page