top of page

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib


Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Muğan tv-yə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.

"Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, dövlət bayrağının qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb. Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib", - məlumatda qeyd olunub.

Comments


bottom of page