top of page

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb


Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Muğan TV-in APA-ya istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.


Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1959-cu il təvəllüdlü Mirqiyas Talışxanovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını, Lənkəran şəhər sakini 1945-ci il təvəllüdlü Tələt Rəhimovun idarə etdiyi "QAZ-2124" markalı avtomobillə toqquşub.


Qəza nəticəsində "QAZ-2124"-ün sürücüsü və "VAZ-2104" markalı maşında olan sərnişin, Lənkəran rayonunun Girdəni kənd sakini 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.


Qəza zamanı hər iki minik maşını deformasiyaya uğrayıb.


Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page