Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb.
Muğan TV apa -ya istinadən xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə Lənkəran rayonunun Qurumba kəndi ərazisində E.Əmirova məxsus qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb.
Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.
Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.
Röya Ağayeva
Commenti