top of page

Kuryerin qutusundan 800 illik mumiya çıxdı - "Mənəvi sevgilimdir" dedi


Perunun Puno bölgəsində, arxeoloji qazıntı aparılan ərazidə sərxoş olduğu üçün polisin diqqətini çəkən kuryerin qutusundan "sürpriz" çıxıb.

Axtarış zamanı qutuda mumiya aşkarlanıb.

Ən maraqlısı isə odur ki, kuryer "Juanita" adını verdiyi həmin mumiyanın onun mənəvi sevgilisi olduğunu bildirib. O, "sevgili"sini evdə, televizorun yanında, bir qututa saxladığını və mumiyanın ona atasından qaldığını deyib.

Mütəxəssislərin sözlərinə görə isə, həmin mumiyanın 600-dən 800-dək yaşı var və bir qadına yox, yetkin kişiyə aiddir.

Comments


bottom of page