Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onun bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla görüşü gözlənilir.
Xatırladaq ki, İ.Tasmaqambetov ötən ilin noyabrında bu vəzifəyə təyin olunub. Bundan əvvəl KTMT-nin Baş katibi Stanislav Zas idi.
Commentaires