top of page

Kreml Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlığa münasibət bildirib


“Moskva İrəvanı müttəfiq hesab edir və Rusiya Ermənistanla münasibətlərini bundan sonra da inkişaf etdirəcək”.


Muğan TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


O, Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramını imzalamasına belə münasibət bildirib:


“Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir”.



Röya Ağayeva

Comments


bottom of page