Klinikanın qarşısında prestijli avtomobil qəfil alışdı - TƏCİLİ - VİDEO


Təxminən iki saat əvvəl Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsində Ford Mustanq markalı avtomobil qəfil mühərrik hissəsindən alovlanaraq yanıb.


Hadisə şahidlərinin Muğan TV-yə verdiyi məlumata görə, hərəkətdə olan avtomobil özəl klinikanın qarşısında-yol kənarında dayanIıb.


Hadisədə xəsarət alan olmasa da, amma avtomobilə ciddi ziyan dəyib.


Hadisə yerinə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və DİN PPX-nın əməkdaşları cəlb olunublar.


Muğan TV həmin görüntüləri təqdim edir:


Bahadur Rzayev

Muğan TV