Kiyev vilayətində müharibədə həlak olan mülki vətəndaşların sayı açıqlanıb
top of page

Kiyev vilayətində müharibədə həlak olan mülki vətəndaşların sayı açıqlanıb



Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Kiyev vilayətində ölənlərin sayı açıqlanıb.


Bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba "RBK - Ukraina"ya müsahibəsində deyib.


"Rusiyanın təcavüzü nəticəsində rəsmi olaraq bu gün ölmüş hesab etdiyimiz mülki şəxslərin sayı 1339 nəfərdir. 700-ə yaxın insanın silahla öldürüldüyü, yəni güllə yaralarının olduğu sənədləşdirilib. Amma bu rəqəm, təəssüf ki, hər həftə artır, çünki yeni hallar aşkarlanır”, o deyib.


Kiyev vilayətinin hərbi administrasiyasının məlumatına görə, vilayətdə 26 minə yaxın obyekt zədələnib və ya dağıdılıb ki, onlardan 5 minə yaxını fərdi ev və təxminən 170-i hündürmərtəbəli bina olub. Həmçinin 4 məktəb, 6 uşaq bağçası və iki xəstəxana tamamilə dağıdılıb.

bottom of page