top of page

Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb


"Düşmən şimal-şərq istiqamətindən kamikadze dronlarla hücum taktikasını tətbiq etməkdə davam edir. Son həftədə düşmənin ümumilikdə "Şahed" tipli 12 PUA-sı Kiyevin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkarlanaraq məhv edilib".

Bu barədə Kiyev şəhər hərbi idarəsinin mətbuat katibi Mixail Şamanov bildirib.

Onun sözlərinə görə, Kiyevin Svyatoşinski rayonunda PUA qırıntılarının düşməsi nəticəsində təxminən 200 m2-lik qeyri-yaşayış sahəsində yanğın baş verib:

"İlkin məlumatlara görə, tələfat yoxdur. Əvvəlki hücum zamanı da Kiyevin hava məkanında aşkar edilən bütün hədəflər hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur".

Comentarios


bottom of page