top of page

Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb


PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa çempionatında XXI əsrin rekordunu təkrarlayıb.

25 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda dubl etməklə nail olub.

Forvard turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb.

2005/2006 mövsümündə Liqa 1-də debüt edən və hazırda "Marsel"in uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub.

Daha əvvəl "Monako"da çıxış edən Mbappe bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.

Comments


bottom of page