Karantin qadağaları geri qayıdır
top of page

Karantin qadağaları geri qayıdır



Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa yoluxanların sayının artmasına görə, karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə qərar verilib.


Muğan TV xəbər verir ki, şəhər meri Aleksandr Beqlov 30 oktyabr - 7 noyabr tarixlərində yeni qadağaların qüvvəyə minəcəyini açıqlayıb.


Bu dövr ərzində şəhərdə restoran, kafe, bar, market və əyləncə mərkəzlərinin qapalı olacağı bildirilib. Həmçinin qeyd edilib ki, bu bir həftə ərzində apteklər, qida məhsulları satılan mağazalar, qatar stansiyalarında və avtobus terminallarındakı kafelər fəaliyyət göstərəcək.


Diş və baytar klinikaları yalnız zəruri hallarda işləyəcək.


30 oktyabr-7 noyabr tarixlərində dövlət məktəblərinin azı 70 %-i distant təhsilə keçəcək.


Məhdudiyyətlərin tətbiq ediləcəyi dövrdə kinoteatrlar, kitabxanalar, idman zalları, hovuzlar, su parkları, uşaq əyləncə mərkəzləri, konkisürmə meydançaları və digər əyləncə mərkəzləri bağlı olacaq, insanların zooparklara girişinə icazə veriləcək.


Şəhərdə keçiriləcək bütün idman, mədəni və əyləncə tədbirləri təxirə salınıb.


Muzey və teatrlara giriş COVID-19 pasportu ilə mümkün olacaq. Otellərdə də COVID-19 pasportu yoxlanılacaq və ya son 72 saat ərzində götürülən PCR testinin cavablarına baxılacaq.

bottom of page