top of page

Kanada Yukon üzərində vurulmuş obyektin qalıqlarının axtarışını dayandırıb


Kanada hakimiyyəti Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən Kanadanın Yukon bölgəsində vurulan naməlum obyektin qalıqlarının axtarışını dayandırmaq qərarına gəlib.

Bu barədə “CTV” Milli Polisə istinadən məlumat verib.

Polisin bəyanatında deyilib ki, uçan obyektin vurulduğu ərazi mütəxəssislər tərəfindən yoxlanılıb, lakin qalıqlar aşkar edilməyib. Bundan əlavə, polis güclü qar yağması səbəbindən axtarışları dayandırıb.

Comments


bottom of page