Kaliforniyada daşqınlar nəticəsində 14 nəfər ölüb
top of page

Kaliforniyada daşqınlar nəticəsində 14 nəfər ölüb


Kaliforniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər ölüb.

Ştatın mərkəzi və şimal hissələri yenidən güclü yağış və tufanlara məruz qalıb.

“Daşqın, qaya uçması və sürüşmə, eləcə də güclü qar yağması riski var. Bu isə yolların bağlanması və qar uçqunu ehtimalını artırır”, - ştatın Nəqliyyat Departamentinin tviterində yazılıb.

Qeyd edək ki, dünən ştatda fövqəladə vəziyyət elan edilib və insanların təbii fəlakət zonasından təxliyəsi ilə bağlı tövsiyələr verilib.

bottom of page