Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün yenidən fəaliyyətə başlayıb
top of page

Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün yenidən fəaliyyətə başlayıb


Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.


Muğan TV xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.


Bildirilib ki, bu ilin avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.


Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub.


Hava limanı reysləri qəbul etməyə başlayıb.


bottom of page