
Bu gün Kənd Təsərrüfatı Naziri İnam Kərimov, pambıq şirkətlərinin rəhbərləri və Sabirabad rayonunun pambıqçı fermerləri və deputat Kamal Cəfərov Kürkəndi kəndində fermer Xalıq Zülfüqarovun 10 hektarlıq sahəsində çiyid səpinində iştirak ediblər.
Muğan Tv xəbər verir ki,məlumata əsasən bu il Sabirabadda 11 min hektardan artıq sahədə pambıq əkini proqnozlaşdırılır. Artıq arat olunmuş sahələrdə çiyid səpini başlayıb. Ötən il pambıq qəbulu məntəqələrinə 27 min tondan artıq məhsul təhvil verən Sabirabadlı fermerlər bu il daha yüksək məhsuldarlıq əldə etməyə hazırlaşırlar.
Eyni zamanda fermerləri narahat edən məsələlər də müzakirə edilib, təklifləri qeyd olunub. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verilib, eyni zamanda Bulaqlı kəndində arıçılıq təsərrüfatı ilə də tanış olunub.





Comments