Kılıçdaroğlu Xocalı soyqırımını andı: “Eyni dərdi bir daha yaşamamalarını diləyirəm”



Muğan TV, Oxu.az-a istinadən bildirir ki, Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlu Xocalı soyqırımını anıb.


O, “Twitter”də yazdığı paylaşımında qeyd edir:

“Xocalı qətliamının 29-cu ilində dərdini ortaq dərdimiz bildiyimiz dost və qardaş Azərbaycan xalqının kədərini bir daha ürəkdən bölüşürəm.


Xocalı soyqırımında həyatını itirən qardaşlarımızı rəhmətlə anır, bütün insanlıq naminə eyni dərdi bir daha yaşamamalarını diləyirəm”.