Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Odessa vilayətində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Muğan TV xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Qeyd olunub ki, həlak olanlar arasında uşaqlar da var. Hücum nəticəsində təhsil müəssisələrinə ziyan dəyib.
Xatırladaq ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Rəsmi Kiyevin məlumatına görə, Ukraynaya ümumilikdə 158 hava zərbəsi endirilib.
Röya Ağayeva
Comments