top of page

Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb


Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb.


Muğan TV xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Gürcüstan vətəndaşının (hələlik şəxsiyyəti məlum deyil) idarə etdiyi “Shacman” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb.


Hazırda fakt araşdırılır.

コメント


bottom of page