Kürdəmirdə xırdabuynuzlu heyvanlar oğurlayan şəxs tutuldu


Kürdəmirdə xırdabuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.


Muğan TV ,”Report”-a xəbər verir ki, Kürdəmir rayon sakinləri Vüqar Bayramov, Gülxara Müslümova və Rəmzi Azayev Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək onlara məxsus həyətyani sahədən xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumat veriblər.


Bunula bağlı Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəsini törədən Göyçay rayon sakini, 26 yaşlı Hacıalıyev Arif İlkin oğludur.


A.Hacıalıyev Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq PŞ-nəgətirilib.

Bundan başqa, polis əməkdaşları onun avtomobilinə baxış keçirərkən iki ədəd xirdabuynuzlu heyvan aşkar edərək götürüb.


İlkin dindirmə zamanı A.Hacıalıyev oğurluq əməlini etiraf edib.

Qeyd edək ki, A.Hacıalıyev eyni əməli Ucar və Zərdab rayonlarında da törədərək ümumilikdə vətəndaşlara məxsus 8 baş xırdabuynuzlu heyvan oğurlayıb.

Hazırda A.Hacıalıyev barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb və araşdırma davam etdirilir.