Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov 54 yaşında vəfat edib.
Muğan TV xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Onun ölümünə infarktın səbəb olduğu deyilir.
Qeyd edək ki, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.
2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi "Jurnalist etikasının problemləri" mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.
Röya Ağayeva
Comments