İsveç millisi Azərbaycanla oyun üçün heyəti açıqlayıb, İbrahimoviç siyahıda yer alıb
top of page

İsveç millisi Azərbaycanla oyun üçün heyəti açıqlayıb, İbrahimoviç siyahıda yer alıb


AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək İsveç yığmasının heyəti bəlli olub.

Komandanın baş məşqçisi Yanne Andersson 26 futbolçuya dəvət göndərib.

Siyahıda İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç də yer alıb.

Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterham Yunayted)

Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Ludwig Augustinsson ("Malyorka", İspaniya), Hjalmar Ekdal ("Bernli", İngiltərə), Victor Nilsson Lindelöf (Mançester Yunayted", İngiltərə), İsak Hein ("Verona", İtaliya), Joel Andersson ("Midtüllan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa) Edvin Kurtulus ("Hammarbi"), Karl Starferlt ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtyullan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Speziya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

bottom of page