İraqda ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
top of page

İraqda ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var


İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə “Reuters” hökumətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Chinook” helikopteri “Black Hawk” helikopterini müşayiət edərkən qəza baş verib.

Əl-Qaimə şəhərinin meri Əhməd əl-Məhləvi “Reuters”ə deyib ki, helikopterdə 7 nəfər olub. Həmin şəxslərin hamısı ölüb, onlardan 6 nəfərinin cəsədləri tapılıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı helikopterin qəzaya uğradığını və onun göyərtəsində amerikalı hərbçilərin olduğunu təsdiqləsə də, onlar arasında yaralananların və ya ölənlərin olub-olmadığını dəqiqləşdirməyib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

bottom of page