top of page

Ilk Günəş tutulması müşahidə olunacaq




Bu gün ABŞ-ın şərq ştatlarında və Kanadanın cənub-şərqində tam Günəş tutulması müşahidə olunacaq.

Muğan tv xəbər verir ki, tam Günəş tutulması Meksika, Kanada və ABŞ-ın 13 ştatında görünəcək, aypara şəkilli qismən Günəş tutulmasının isə hava şəraiti ilə əlaqədar olaraq 49 ştatda müşahidə ediləcəyi gözlənilir.

Bir neçə gündür ABŞ-da milyonlarla insan təbiət hadisəsini izləmək üçün tutulmanın göründüyü ərazilərə axın edir.

NASA-nın məlumatına görə, məkandan asılı olaraq, qismən tutulma 70-80 dəqiqə arasında davam edə bilər. Məlumatda o da, qeyd olunur ki, bu, son 7 ildə Şimali Amerikadan keçən ilk tam Günəş tutulmasıdır.

Qeyd edək ki, 2024-cü ilin ilk Günəş tutulması artıq başlayıb. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək. Videoya keçid üçün: https://www.youtube.com/watch?v=fOwrKWHq37A

Commentaires


bottom of page