top of page

III qrupda dövlət sifarişli yerlərin sayı azaldıldı -


III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb.



Muğan TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.


Məleykə Abbaszadə vurğulayıb ki, III qrupda 150 baldan yuxarı nəticə toplamış abituriyentlər bir sıra ixtisasları seçə bilərlər: “Bunlar Muzey, Arxiv işi, Abidələrin qorunması, Sosial İş, Regionşünaslıq (regionlar üzrə) ixtisaslarıdır”.

O bildirib ki, bu yerlərin ümumi sayı 2895-dir: “Bildiyiniz kimi beynəlxalq fənn olimpiyadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunur, lakin II və III qrupda belə şəxslər yoxdur. Buna baxmayaraq respublika fənn olimpiyadalarının qalibləri olan 13 nəfər ixtisas seçə bilərlər. Tarix üzrə 10, Azərbaycan dili üzrə 3 nəfər qalib bizə müraciət etmişdi, lakin sonra onlardan biri imtina etdi. Artıq həmin şəxslərin seçdikləri ixtisaslar bəllidir. 11 nəfər III, 1 nəfər isə II qrup üzrə ixtisas seçib. 5 nəfər tarix müəllimliyini (4-ü BDU, 1-i Xəzər), 3 nəfər Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını, 3 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimliyini (2 nəfər BDU, 1 nəfər NDU), 1 nəfər isə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçib".


DİM sədri onu da vruğulayıb ki, III qrupda DT altqrupu üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı 14635 nəfərdir, ümumi plan yerləri 14 292-dir: "Onlardan dövlət sifarişli yerlər 4045, III qrupda 430 baldan yuxarı nəticə toplayanlar isə 4366 nəfərdir. Deməli III qrupun DT altqrupunda dövlət sifarişli yerləri əsasən 430 baldan yuxarı şəxslər seçə bilər".


Röya Ağayeva

Comentarios


bottom of page