İzmirdə ərazisində meşə yanğını başlayıb




Türkiyənin İzmir bölgəsində 15:30 radələrində meşəlik ərazidə yanğın başlayıb.


Muğan TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Foça ilçəsindəki yanğına müdaxilə edilib. Yanğının söndürülməsi məqsədilə 2 təyyarə və 2 helikopterin də iştirakı ilə tədbirlərə start verilib. İlkin ehtimala görə, yanğın yerə atılan siqaret nəticəsində baş verib.

Vaxtında görülən tədbirlər nəticəsində yanğın 1 saat ərzində söndürülüb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma işləri aparılır.