Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı azalıb.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.
Onun sözlərinə görə, ötən il istehsalatla bağlı 237 hadisə baş verib: “Nəticədə 34 nəfər ölüb, 247 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2021-ci illə müqayisədə baş verən hadisələrin və xəsarət alanların sayında 20 faiz, vəfat edənlərin sayında isə 33 faiz azalma qeydə alınıb”.
Comments