Ötən gün İsmayıllıda selə düşən avtomobillə bağlı yeni görüntülər ortaya çıxıb.
Muğan TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə avtomobilin yarasız vəziyyətə düşməsi öz əksini tapıb.
Qeyd edək ki, İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.
Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.
Görüntüləri təqdim edirik:
Ləman Hafizi
Commentaires