İtkin düşən İsmayıllı sakinləri tapılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Muğan TV-yə bildirilib ki, İsmayıllı sakinləri Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova Bakı şəhərində tapılıblar, axtarışlar dayandırılıb. Qeyd edək ki, 19 yaşlı Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.
Röya Ağayeva
Comments